Ərazi vergi departamentlərinin rəisləri və müavinlərinə lotereya, valyuta tənzimi və vergi ödənişinə dair inzibati işlərə baxmaq səlahiyyəti verilib

Ərazi vergi departamentlərinin rəisləri və müavinlərinə lotereya, valyuta tənzimi və vergi ödənişinə dair inzibati işlərə baxmaq səlahiyyəti verilib
# 12 aprel 2014 07:34 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman verib.

APA-nın verdiyi məlumata görə, dəyişikliyə əsasən ərazi vergi departamentlərinin rəisləri və müavinlərinə lotereyalar haqqında qanunvericiliyin pozulması, vergilərin və digər icbari ödənişlərin vaxtında ödənilməməsi, vergi xidməti sahəsində müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin tələblərinin yerinə yetirilməməsi, o cümlədən valyuta tənzimi, vergilərin və digər icbari ödənişlərin hesablanması və ödənilməsi ilə bağlı sənədlərin təqdim edilmə, dövlət rüsumunun ödənilməsi və vergilərin və ya icbari ödənişlərin hesabdan silinməsi qaydalarının pozulması ilə bağlı inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR