Tehranda zavodda partlayış baş verib

Tehranda zavodda partlayış baş verib
# 20 may 2014 13:32 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın paytaxtı Tehran şəhərində zavodda partlayış baş verib.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün Bakı vaxtı ilə səhər saat 08:05-də Tehran şəhərinin Fəth küçəsində, Xəlic-e Fars bulvarında olub.

Yeyinti məhsullarının istehsalı ilə məşğul olan zavodun qablaşdırma sexində baş verən partlayış nəticəsində bir nəfər ağır yanıq xəsarətləri alıb və dərhal xəstəxanaya qaldırılıb. Bundan əlavə, zavodun qablaşdırma sexinin bir hissəsi və binası da dağılıb. Bir nəfər ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Eyni zamanda sexdə əlacsız vəziyyətdə qalmış 10 nəfər işçi həyatı yoldaşları və məmurların səyi nəticəsində xilas edilib. Partlayışın baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR