Kürdəmir sakinindən 1,5 kiloqram narkotik və silah-sursat götürülüb - VİDEO

Kürdəmir sakinindən 1,5 kiloqram narkotik və silah-sursat götürülüb - <span style="color: red;">VİDEO
# 23 iyun 2014 08:28 (UTC +04:00)

Kürdəmir. Elvin Yaqubov - APA. Kürdəmir rayonunda narkotik vasitələrin qanunsuz hazırlanması və satışı ilə məşğul olan şəxs saxlanılıb. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə ümumi çəkisi 1,5 kiloqram olan qurudulmuş marixuana dövriyyədən çıxarılıb.

Kürdəmir rayon Polis Şöbəsinə rayonun Çöhranlı kənd sakini Gündüz Kərimovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu haqda məlumat daxil olub. Dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilib və Gündüz Kərimov saxlanılıb. Onun evinə baxış keçirilən zaman oradan 30 ədəd kibrit qutusuna doldurulmuş və 26 ədəd sellofan torbaya yığılmış qurudulmuş marixuana aşkar edilərək götürülüb. G. Kərimov narkotik vasitəni özü əkib becərdiyini, əkin sahəsində əkdiyi və aqrotexniki qulluq edərək becərdiyi çətənə kollarından hazırladığını bildirib.

Polis əməkdaşları G. Kərimovun evindən bir ədəd qanunsuz olaraq saxladığı 16 mmlik qoşalülə ov tüfəngi və 30 ədəd patron aşkar edərək götürüblər. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR