Azərbaycan prezidenti Tiflisdə türkiyəli həmkarı ilə görüşüb

Azərbaycan prezidenti Tiflisdə türkiyəli həmkarı ilə görüşüb
# 06 may 2014 15:29 (UTC +04:00)

APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, habelə ölkələrimiz arasında həyata keçirilən qlobal layihələrin böyük önəm daşıdığı vurğulanıb.

Qeyd olunub ki, ikitərəfli əlaqələrimizin regional əməkdaşlıq baxımından əhəmiyyətli olan Tiflis sammiti ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da genişlənməsinə xidmət edir.

Söhbət zamanı qarşılıqlı maraq doğuran, eləcə də regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR