Səfir: “Azərbaycanla əməkdaşlıq Rusiyada yeni iş yerlərinin açılmasına və regionların inkişafına səbəb olacaq” - FOTO

Səfir: “Azərbaycanla əməkdaşlıq Rusiyada yeni iş yerlərinin açılmasına və regionların inkişafına səbəb olacaq” - <span style="color: red;">FOTO
# 23 iyun 2014 08:40 (UTC +04:00)

Qəbələ. Aqşin Rafiqoğlu – APA-Economics. “Azərbaycanla bir çox bağlı tellərimiz var. Məhz buna görə, Azərbaycan Rusiya üçün dost və olduqca önəmli ölkədir”.

APA-Economics”in məlumatına görə, bunu bu gün Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunda Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.

O deyib ki, artıq Rusiya regionları bilir ki, Azərbaycanla əməkdaşlıq etmək və bu ölkə üzrə əməkdaşlığı genişləndirmək Rusiyada yeni iş yerlərinin açılmasına və regionların inkişafına səbəb olacaq.

Səfir qeyd edib ki, forumda bütün Rusiya regionları təmsil olunub: “Mən əminəm ki, bu cür forumların keçirilməsi iki ölkənin bundan sonrakı dostluq və əməkdaşlıq münasibətlərinə müsbət təsir göstərəcək”.

Forumda çıxış edən Azərbaycanın Rusiyadakı səfəri Polad Bülbüloğlu iki ölkə arasında mövcud olan mədəni əlaqələrdən danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR