Azərbaycanda dövlət qoruğunda baş vermiş yanğın tam söndürülüb - YENİLƏNİB

Azərbaycanda dövlət qoruğunda baş vermiş yanğın tam söndürülüb - <span style="color: red;">YENİLƏNİB
# 19 oktyabr 2013 17:30 (UTC +04:00)

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib. Onun sözlərinə görə, ilkin hesablamalara görə, yanğın 150 hektara yaxın ərazini əhatə edib.

**** 17.50

Bakı. Cavid Zeynalov – APA. Bu gün saat 16:10 radələrində Neftçala rayonunun pay torpaqlarında biçilmiş taxıl sahələrinə od vurulması səbəbindən yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, güclü külək nəticəsində yanğın sürətlə genişlənərək nazirliyin Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinə keçib. Yanğın 100 hektara yaxın ərazini əhatə edib.

Yanğın nəticəsində qoruğun qamış və quru ot örtüyü yanıb.
Nazirlikdən bildiriblər ki, ETSN-nin yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin regional Yanğından Mühafizə əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin səyləri nəticəsində yanğın lokallaşdırılıb və hazırda tam söndürülməsi istiqamətində işlər aparılır.

ETSN əhalini, əsasən də torpaq mülkiyyətçilərini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR