«Bank of Baku» kredit şərtlərini asanlaşdırır

«Bank of Baku» kredit şərtlərini asanlaşdırır
# 29 noyabr 2013 12:11 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. «Bank of Baku» ASC ilk dəfə kredit alan müştərilər üçün təqdim etdiyi «Ayda 100 manata - 1000 manat nağd kredit» məhsulunun alınması şərtlərini asanlaşdırıb.

Bankdan «APA-Economics»ə bildirilib ki, rəsmi iş yeri olmayan və ya rəsmi iş yeri olan və arayış gətirə bilməyən bütün yeni müştərilər yalnız şəxsiyyət vəsiqəsi təqdim etməklə 1 000 manatadək kredit məbləğindən faydalana bilər.

Yalnız Bakı şəhərində qeydiyyatda olanlar deyil, bankın fəaliyyət göstərdiyi bütün regionlarda qeydiyyatda olan müştərilər istənilən filiala müraciət edə bilər. Vaxtında ödəniş edənlərə son ayın ödənişi hədiyyə edilir və daha yüksək məbləğdə pul krediti, «Bolkart» və müxtəlif imtiyazlar təqdim edən «Dostlar klubu» kartı almaq şansı verilir.

Qeyd edək ki, bu kreditin alınması üçün zamin tələb edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR