Rusiya xarici işlər nazirinin müavini: “C-300 kompleksinin İrana satılması ilə bağlı müqavilənin ləğvi məsələsi gündəmdən çıxmalıdır“

Rusiya xarici işlər nazirinin müavini: “C-300 kompleksinin İrana satılması ilə bağlı müqavilənin ləğvi məsələsi gündəmdən çıxmalıdır“
# 26 sentyabr 2013 15:38 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “Rusiya C-300 zenit-raket kompleksinin İrana satılması ilə bağlı müqavilənin ləğv edilməsinin gündəmdən düşməsini istəyir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. Nazir müavini bu problemin həll olunmasını istədiklərini söyləyib: “İstəyirik ki, bu məsələ Rusiya-İran münasibətlərinin gündəmindən düşsün”.

S. Ryabkov İranın bu məsələ ilə əlaqədar Rusiyanı beynəlxalq məhkəməyə verdiyini, işə Paris Arbitraj Məhkəməsində baxıldığını da söyləyib.

Qeyd edək ki, Rusiya C-300 zenit-raket kompleksinin İrana satılması ilə bağlı müqavilənin şərtlərini yerinə yetirməyib. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnaməyə əsasən Rusiya tərəfi İrana C-300-lərin satışını dayandırıb. Bu səbəbdən də İran Rusiyanı beynəlxalq məhkəməyə verib. Rəsmi Tehran Moskvadan 4,2 milyard ABŞ dolları məbləğində təzminat tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR