MAR-da baş verən qəzada 37 nəfər ölüb

MAR-da baş verən qəzada 37 nəfər ölüb
# 25 iyun 2013 04:52 (UTC +04:00)

Bakı-APA. Mərkəzi Afrika Respublikasında (MAR) qızıl mədənində baş verən qəzada 37 nəfər həlak olub. Hadisəyə şiddətli yağışlar səbəb olub. İnsident paytaxtdan 440 km şərqdə Ndassime şəhəri yaxınlığında baş verib.

MAR prezidentinin mətbuat katibi həlak olanların sayının arta biləcəyini bildirib. Məlumata əsasən, insident nəticəsində çoxlu sayda ağır yaralılar var. 10 nəfər xilas edilib, qalıqlar altındakı şaxtaçıların sayı isə məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR