“Bakı Metropoliteni” “Dərnəgül” elektrik deposunun ərazisində məskunlaşmış məcburi köçkünlərə sonuncu dəfə xəbərdarlıq edib - YENİLƏNİB-2 - FOTOSESSİYA

 “Bakı Metropoliteni” “Dərnəgül” elektrik deposunun ərazisində məskunlaşmış məcburi köçkünlərə sonuncu dəfə xəbərdarlıq edib - <span style="color: red;">YENİLƏNİB-2  - <span style="color: red;">FOTOSESSİYA
# 21 may 2014 08:49 (UTC +04:00)

"APA-Economics"in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, bu ərazidə deponun tikilməsi üçün 1986-cı ildən torpaq ayrılsa da, ərazi məcburi köçkünlər və digər mülki şəxslər tərəfindən tutulub.

“Siyahıya alınma zamanı məlum olub ki, 83-ü məcburi köçkün ailəsinə məxsus olmaqla, cəmi 217 yaşayış sahəsi var. Orada yaşayan sakinlərə kompensasiya ödənilərək ərazilərdən köçürülməsinə nail olunub. Məcburi köçkün ailələri mənzillə təmin olunub, amma 6 ailə ərazini boşaltmaqdan imtina edib”, - deyə N. Paşayev bildirib.

N. Paşayevin sözlərinə görə, məcburi köçkünlərin ərazidən köçürülməsi üçün Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) və Maliyyə Nazirliyi tərəfindən vəsaiti ayrılıb. Vəsait hesabına mənzillər alınaraq, QMKİDK vasitəsilə ərazidə məskunlaşmış məcburi köçkün ailələrinə verilib: "Ərazini tərk etmək istəməyən 6 ailə təzminat tələb edir. Onlar verilən evlərin müvəqqəti sığınacaq olduğunu iddia edirlər. Lakin “Bakı Metropoliteni” QSC onların kompensasiya tələbini qanuna zidd sayır. “Bakı Metropoliteni” bu gün həmin 6 ailəyə sonuncu xəbərdarlıq edir. Abşeron rayonu Mehdiabad qəsəbəsində tikilmiş evlərə köçürülməsi üçün onlar texnika ilə təmin olunacaq, hətta söküləcək evlərinin materiallarının belə daşınmasına köməklik göstəriləcək".

N. Paşayev onu da vurğulayıb ki, məhkəmənin ərazinin boşaldılması barədə qərarı var və qərar icra olunacaq.

Ərazidə yaşayan məcburi köçkünlər isə bildiriblər ki, onlara Abşeron rayonu Mehdiabad qəsəbəsində verilən evlərə köməkdən imtina edirlər.

Məcburi köçkünlər qeyd ediblər ki, evlərinə görə təzminat tələb edirlər, əks halda köçməyəcəklər.

“Evlərimizin sənədləri olmadığını əsas gətirərək bizə kompensasiya ödənilməsindən imtina edirlər. Halbuki ərazidə yaşayan digər sakinlərə təzminat ödənilib. Bizdən isə Abşeron rayonu Mehdiabad qəsəbəsindəki evlərə köçmək tələb olunur. Biz bu evlərdən imtina edirik. Öz tikdiyimiz evlərinin dəyərində təzminat istəyirik. Bir müddət öncə evin hər kvadrat metrinə görə 700-1000 manat verilməsinə dair razılıq əldə olunmuşdu, lakin indi bu məsələ unudulub. Mehdiabadda təklif edilən evlər müvəqqəti sığınacaqlardır. Biz doğma torpaqlarımıza qayıtdıqdan sonra Mehdiabaddakı evlər əlimizdən alınacaq”, - deyə Kəlbəcər rayon sakini Məlahət Xuduyeva bildirib.

Məcburi köçkünlər evlərindən zorla çıxarılacaqları halda aksiyaya əla atacaqları barədə xəbərdarlıq da ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR