İranda daha bir azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb - FOTO

İranda daha bir azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb - <span style="color: red;">FOTO
# 22 aprel 2014 08:46 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda daha bir azərbaycanlı fəal azadlığa buraxılıb.

APA-nın HRAZ-a istinadən verdiyi məlumata görə, Rüstəm Kazımpur aprelin 21-də ailəsinin qoyduğu mülk girovu qarşılığında Tehranın Evin həbsxanasının 209-cu bəndindən sərbəst buraxılıb.

Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tehran şöbəsinin əməkdaşları R.Kazımpuru Mahmud Ocaqlu ilə birgə martın 9-da iş yerlərində həbs edərək naməlum yerə aparıblar. Azərbaycanlı fəalın evində axtarış aparılıb, ona məxsus noutbuku, bəzi şəxsi əşyaları müsadirə edilib. ETTELAAT-ın nəzarəti altında olan Tehranın Evin həbsxanasının 209-cu saxlanıldığı müddətdə R.Kazımpurun ağır fiziki və psixoloji işgəncələrə məruz qaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR