Azad Qarabağ Uğrunda Alyansa daxil olan təşkilatlar AŞPA-ya müraciət ediblər

Azad Qarabağ Uğrunda Alyansa daxil olan təşkilatlar AŞPA-ya müraciət ediblər
# 11 aprel 2014 11:17 (UTC +04:00)

Bakı - APA. Azad Qarabağ Uğrunda Alyansa daxil olan təşkilatların rəhbərləri Akif Nağı, Azad İsazadə, Rövşən Əhmədli, Jalə Cəfərova, Firidun Məmmədov, Etimad Əsədov, Alman Abbasov, Vüsal Hətəmov, Məmmədhəsən Həsənov, Növrəstə İbrahimova, Növrəstə Yusifova, Rizvan Talıbov AŞPA-nın sədri An Brassörə müraciət göndəriblər.

Qarabağ Azadlıq Təşkilatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir: “Avropa Şurası Parlament Assambleyasının Rusiyaya qarşı sanksiyalarını, Rusiyanın Ukraynaya təcavüzünü pisləməsini, Rusiyanın səsvermə hüququndan məhrum edilməsini tam dəstəkləyir və vaxtında qəbul edilmiş qərar hesab edirik. Biz hesab edirik ki, işğalçı dövlətə qarşı məhz bu cür addımlar atılmalıdır. Belə işğalçı dövlətlərdən biri də Rusiyanın birbaşa iştirakı və yardımı ilə Azərbaycana təcavüz etmiş Ermənistandır. Ona görə də Sizi və rəhbərlik etdiyiniz təşkilatı işğalçı Ermənistana qarşı da eyni addımları atmağa çağırırıq”.

Müraciətdə daha sonra qeyd edilir ki, Ermənistan Azərbaycanın 20 faizdən artıq ərazisini zəbt edib və bu gün işğal altında saxlayır: “İşğalçı Ermənistan Avropa Şurasından çıxarılmalı və digər sanksiyalara məruz qalmalıdır. Siz bu addımı atmasanız, onda özünüzü ifşa edəcək, obyektiv olmadığınızı göstərəcəksiniz. Biz hesab edirik ki, işğalçı Ermənistanın heç bir beynəlxalq təşkilatda qalmağa haqqı yoxdur. Bu işğalçı dövlət bütün beynəlxalq təşkilatlardan çıxarılmalıdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR