ETSN: Kürdə və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır

ETSN: Kürdə və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır
# 13 yanvar 2014 12:05 (UTC +04:00)

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvar ayının I ongünlüyündə Kür çayında suyun sərfi dekabr ayının III ongünlüyünə nisbətən 9 m3/san azalaraq 121 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 4, Ağstafaçay su anbarında 3, Ağstafaçayda isə 5 dəfə YVQH-ni keçib.


Yanvar ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz və I Şahsevən məntəqələrində fenollar 4 dəfə, Bəhramtəpədə isə 3 dəfə YVQH-ni keçib. Mis birləşmələri isə bütün məntəqələrdə norma daxilində tərəddüd edib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.98-6.12 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR