Ombudsman İnsan Hüquqları üzrə İtaliya Helsinki Komitəsinin baş katibini qəbul edib

Ombudsman İnsan Hüquqları üzrə İtaliya Helsinki Komitəsinin baş katibini qəbul edib
# 31 oktyabr 2013 16:39 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Azərbaycanda səfərdə olan İnsan Hüquqları üzrə İtaliya Helsinki Komitəsinin baş katibi Antonio Stanqonu qəbul edib.

Aparatın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ölüm Hökmünə Qarşı Dünya Koalisiyasının Mərkəzi və Şərqi Asiyada Təşəbbüslər üzrə əlaqələndirici Yuliya Vasilyeva və Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov görüşdə onu müşayiət ediblər.

Tanışlıq məqsədi daşıyan görüşdə A.Stanqo Azərbaycana ilk dəfə səfər etdiyini söyləyib, təmsil etdiyi təşkilatın İtaliyada insan hüquqlarının müdafiəsi üzrə aparıcı qurumlardan biri olduğunu diqqətə çatdırıb, adı çəkilən Komitənin fəaliyyəti barədə məlumat verib.

E.Süleymanova isə bildirib ki, Aparatda “İşgəncələrin qarşısının alınması şöbəsi” yaradılıb. Fəaliyyətin səmərəli təşkili üçün Müvəkkil tərəfindən yaradılmış, təsisatın əməkdaşlarının, o cümlədən həkimin də daxil olduğu Milli Preventiv Qrup (MPQ) aktiv fəaliyyət göstərir, azadlıqdan məhrumetmə və məhdudlaşdırma yerlərinə, həmçinin penitensiar müəssisələrə, müvəqqəti saxlama təcridxanalarına, habelə sosial obyektlər, ahıllar və əlillər üçün internat evləri və pansionatlara, psixiatriya xəstəxanalarına başçəkmələr həyata keçirir. Təsisatda iki qaynar xəttin fəaliyyət göstərdiyi, insan hüquqları, o cümlədən uşaq hüquqlarının pozuntusu ilə bağlı alınan hər bir məlumata dərhal reaksiya verildiyi, zənglər vasitəsilə daxil olan müraciətlər əsasında göstərilən yerlərə baxışlar keçirildiyi və müvafiq tədbirlər görüldüyü vurğulanıb.

Müvəkkil bu günlərdə orta ixtisas təhsili və ali təhsil müəssisələrinin nizamnamələrinə edilən müvafiq dəyişikliklərə əsasən, valideynlərini itirən və valideyn himayəsindən məhrum olan və ödənişli əsaslarla təhsil alan şəxslərin təhsil haqlarından azad edildiyini diqqətə çatdırıb.

Görüşdə həmçinin tanınmış beynəlxalq ekspertləri cəlb etməklə birgə treninq-seminarların təşkilinin məqsədəuyğunluğu nəzərə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR