İlk 4 ayda BTC kəməri ilə neftin nəqli 4,6% azalıb

İlk 4 ayda BTC kəməri ilə neftin nəqli 4,6% azalıb
# 10 may 2013 16:02 (UTC +04:00)

Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin aprel ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 427 650 ton Azərbaycan nefti nəql olunub. Bu barədə «APA-Economics»ə Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.

Ümumilikdə cari ilin yanvar-aprel aylarında bu kəmərlə 9 771 412 ton neft ötürülüb. Bu, ötən ilin eyni dövrünə nisbətən 4,6% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2013-cü il may ayının 1-ə qədər BTC-yə 215 223 226 ton neft vurulub. Bundan başqa, cari ilin aprel ayında BTC kəməri ilə 269 618 ton Türkmənistan nefti nəql olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR