ABŞ-da məktəb avtobusu aşıb, 29 uşaq yaralanıb

ABŞ-da məktəb avtobusu aşıb, 29 uşaq yaralanıb
# 21 avqust 2013 21:44 (UTC +04:00)

Bakı-APA. ABŞ-da məktəbliləri daşıyan avtobus aşıb. APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə yerli KİV xəbər yayıb.

Kanzas ştatında baş vermiş qəza nəticəsində 29 uşaq yaralanıb. Onlardan dördünün vəziyyəti ağır kimi qiymətləndirilir.

Qəzanın səbəbləri hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR