«Sazz 4G» Novruz bayramı kampaniyasına başlayır

«Sazz 4G» Novruz bayramı kampaniyasına başlayır
# 14 mart 2014 07:27 (UTC +04:00)

Bakı – APA-Economics. Qarşıdan gələn Novruz bayramı münasibəti ilə mart ayının 15-dən etibarən «Sazz 4G» internet provayderi ənənəvi hədiyyə günləri keçirəcək.

«Sazz 4G» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, martın 30-dək davam edəcək kampaniya günlərində abunəçi olmaq istəyənlərə «Sazz» USB-fleş modemi və bir aylıq pulsuz internet hədiyyə olunacaq. Hədiyyələri əldə etmək üçün iki aylıq abunə haqqını ödəmək kifayətdir.

Qeyd edək ki, «Sazz»ın «Yeniyetmə» adlı filtrlənmiş internet paketini əldə edənlərə də eyni şərtlərlə hədiyyə təqdim olunacaq.

Novruz kampaniyası «Sazz 4G»-nin Bakıda Süleyman Rüstəm küçəsi,9 ünvanında yerləşən baş ofisində, eləcə də bütün «Sazz 4G» satış məntəqələrində keçiriləcək.

Qeyd edək ki, «Sazz 4G» genişzolaqlı simsiz internet xidməti Bakı, Gəncə, Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə, Zaqatala, Balakən, Qax, Quba, Qusar və Xaçmaz şəhərlərində xidmət göstərir. Tezliklə provayder Lənkəran, Astara, Masallı və Lerik şəhərlərində də fəaliyyətə başlamağı planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR