Dənizkənarı Milli Parkda kafe yanıb

Dənizkənarı Milli Parkda kafe yanıb
# 12 aprel 2014 07:30 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda kafe yanıb. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın hadisəsi bu gün saat 05 radələrində Dənizkənarı Milli Parkda, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Gülabi Vaqif oğlu Xəlilova məxsus ümumi sahəsi 78 kvadratmetr olan kafedə qeydə alınıb.

Yanğın yanğınsöndürənlərə tərəfindən söndürülüb.

Polisdən yanğının qısaqapanma nəticəsində qeydə alındığı bildirilib.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR