AMEA Geologiya İnstitutunun adı dəyişdirilə bilər

AMEA Geologiya İnstitutunun adı dəyişdirilə bilər
# 10 fevral 2014 15:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunda AMEA Yer Elmləri Bölməsinin (YEB) növbəti iclası keçirilib.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, AMEA YEB-in akademik-katibi, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov gündəlikdə duran məsələlər haqqında məlumat verib. AMEA Geologiya İnstitutunun adının dəyişdirilərək Geologiya və Geofizika İnstitutu adlandırılması haqqında çıxış edən F. Qədirov bildirib ki, Geologiya İnstitutunun tərkibində çox sayda müasir cihaz və avadanlıqlarla təchiz olunmuş 6 laboratoriyadan ibarət “Yer fizikası” seksiyası fəaliyyət göstərir: “Hazırda burada 7 elmlər doktoru, 20-yə yaxın fəlsəfə doktoru çalışır, Bakı Dövlət Universitetinin baza kafedrası yerləşir. Bunu nəzərə alaraq institutun adı dəyişdirilərək Geologiya və Geofizika İnstitutu adlandırılacaq”.

Tədbirdə, həmçinin Neft-Qaz İnstitutunun açılması məsələsi müzakirə olunub, 2014-cü ildə bölməyə daxil olan Geologiya və Coğrafiya institutlarında fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmuş namizədlərin mövzuları təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR