Netanyahu: İsrail Fələstinlə danışıqları dayandırır

Netanyahu: İsrail Fələstinlə danışıqları dayandırır
# 24 aprel 2014 22:27 (UTC +04:00)

Bakı-APA. İsrail “Fəth” və “Həmas” hərəkatları arasında barışıq razılaşmasının imzalanmasından sonra Fələstinlə sülh danışıqlarının dayandırdığını bəyan edib.

“İsrail ölkənin məhv olunmasına səslənən “Həmas” terror təşkilatı tərəfindən dəstəklənən Fələstin hökuməti ilə danışıqlar aparmayacaq”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun “Twitter”dəki rəsmi səhifəsində bildirilir.

Netanyahu, həmçinin, Fələstinə qarşı cavab tədbirlərinin görüləcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR