Beyləqanda yarımstansiyada yanğın olub

Beyləqanda yarımstansiyada yanğın olub
# 26 sentyabr 2013 02:52 (UTC +04:00)

Bakı-APA. Beyləqan rayonunda yarımstansiyada yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə rayon mərkəzindən 21 km aralıda yerləşən Dünyamalılar kəndində baş verib.

Nəticədə gücü 35/10 kVt olan yarımstansiya, gücü 4 mVt olan transformatorun yanar hissələri və yağ açarı yanıb.

Yarımstansiyanın qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR