Alan Eyr: “ABŞ hökuməti İrana qarşı sanksiyaların yüngülləşdirilməsi mövzusunda Konqresi razı salacaq”

Alan Eyr: “ABŞ hökuməti İrana qarşı sanksiyaların yüngülləşdirilməsi mövzusunda Konqresi razı salacaq”
# 12 noyabr 2013 11:09 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ Dövlət Departamentinin sözçüsü Alan Eyr “İran” qəzetinə müsahibəsində İranla “altılıq” ölkələri arasında Cenevrə şəhərində keçirilmiş nüvə müzakirələrinə münasibət bildirib.

APA-nın İRİB-ə istinadən məlumatına görə, A.Eyr deyib ki, Cenevrədəki üçgünlük müzakirələr çox müsbət, konstruktiv, qarşılıqlı hörmət və yaxşı niyyət çərçivəsində həyata keçirilib: “Bu danışıqlarda mövcud fikir ayrılıqları taktika və üsullarla bağlıdır. Lakin ABŞ hökuməti müzakirələrin müsbət keçməsinin ardından Konqresi İrana qarşı tətbiq edilmiş sanksiyaların yüngülləşdirilməsi mövzusunda razı salacaq. Obama administrasiyası hazırda İranla ABŞ-ın mövqeyinin bir-birinə yaxınlaşdığını ABŞ Konqresinə izah edəcək. Yəni ABŞ İrana qarşı tətbiq edilmiş sanksiyaların səviyyəsinin azaldılmasına dair Konqresi İranın həqiqi məsuliyyəti ilə tanış etməyə səy göstərəcək”.

ABŞ rəsmisi rəsmi Vaşinqtonun Tehranın nüvə proqramı ilə bağlı narahatlıqlarını aradan qaldırıla biləcək yeganə yol diplomatiyadır: “Bu zaman çərçivəsində İran da Nüvə silahlarının istehsalı və yayılmasının qarşısının alınması Müqaviləsi (NPT) çərçivəsində nüvə haqlarına qovuşacaq. İran və ABŞ-ın izlədiyi diplomatiya yolu uzun müddət çəkə bilər. Müzakirələrin irəliləməsi üçün tələsik davranmamaq lazımdır. Addım-addım irəliləmək lazımdır. Növbəti müzakirələr səlahiyyətli şəxslər səviyyəsində davam etdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR