Məhkəmə Rauf Mirqədirovun iddiasını təmin etməyib

Məhkəmə Rauf Mirqədirovun iddiasını təmin etməyib
# 06 may 2014 16:27 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bu gün Nəsimi rayon Məhkəməsində Rauf Mirqədirovun iddiası üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə APA-ya R. Mirqədirovun vəkili Fuad Ağayev məlumat verib.

Məhkəmə prosesinin hakim Pərviz Hüseynov sədrliyi ilə keçirildiyini deyən F. Ağayev qeyd edib ki, R. Mirqədirovun saxlanılmasında qanun pozuntularının olduğuna dair iddia təmin olunmayıb.

Qeyd edək ki, R. Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. R.Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR