Azərbaycanda beynəlxalq İKT konfransı keçiriləcək

Azərbaycanda beynəlxalq İKT konfransı keçiriləcək
# 14 aprel 2014 12:00 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan Texniki Universitetində oktyabrın 27-28-də “İnformasiya-kommunikasiya texnologiyalarının müasir vəziyyəti və inkişafı perspektivləri” mövzusunda beynəlxalq elmi-texniki konfrans keçiriləcək.

Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar (RYTN), Təhsil nazirlikləri və Azərbaycan Texniki Universiteti konfransın təşkilatçıları qismində çıxış edəcək.

RYTN-dən “APA-Economics”ə verilən məlumata görə, konfrans müasir informasiya və kommunikasiya texnologiyaları sahəsində elmi nailiyyətlər barədə müzakirələr və fikir mübadiləsinin aparılması, alimlərin və mütəxəssislərin elmi işlərinin stimullaşdırılması, elm və təhsil sahələrində beynəlxalq əməkdaşlıq, MDB və digər xarici dövlətlərin alimləri ilə elmi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi, müasir İKT-nin inkişafı ənənələri və perspektivlərinin müzakirəsi məqsədlərini daşıyır.

Konfrans rabitə nəzəriyyəsi, müasir informasiya texnologiyaları və informasiyanın mühafizəsi, müasir naqilsiz rabitə texnologiyaları, telekommunikasiya şəbəkələri və sistemləri, təsvirlərin emalı üsulları və vasitələri, kompüter şəbəkələri və idarəetmə sistemləri bölmələrini ehtiva edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR