Rusiyanın bütün neft və təbii qaz ehtiyatları bir anda satılsa, hər bir rusiyalı 165 min dollar qazana bilər

Rusiyanın bütün neft və təbii qaz ehtiyatları bir anda satılsa, hər bir rusiyalı 165 min dollar qazana bilər
# 14 iyun 2013 11:38 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyalı mütəxəssislər bütün neft və təbii qaz ehtiyatlarının bir anda satılması və gəlirin vətəndaşlar arasında bölünməsi zamanı hər bir rusiyalının nə qədər pul alacağını hesablayıblar.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, ekspertlər bütün neft və təbii qaz ehtiyatı satılacağı təqdirdə hər bir rusiyalı 165 min ABŞ dolları alacaq.

“RİA Reytinq” agentliyinin mütəxəssisləri dünya ölkələrinin adambaşına düşən enerji ehtiyatlarına görə reytinq cədvəlini hazırlayıb. Reytinq cədvəlində ilk yeri Qatar tutur. Bu ölkədə adambaşına düşən enerji ehtiyatları 6,01 mln. ABŞ dolları dəyərindədir. İkinci sırada adambaşına 4,14 mln. dollarla Küveyt dayanır.

Dünyanın ən böyük təbii qaz ehtiyatlarına sahib və neft ehtiyatlarına görə ilk onluqda yer alan Rusiya reytinq cədvəlində 17-ci sırada qərarlaşıb. Rusiyanın bu vəziyyətinin əhalisinin sayının çox olması ilə əlaqədar olduğu göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR