Azərbaycanda çirklənmiş sudan və torpaqdan radioaktivlərin təmizlənməsi üçün yeni metoddan istifadə ediləcək

Azərbaycanda çirklənmiş sudan və torpaqdan radioaktivlərin təmizlənməsi üçün yeni metoddan istifadə ediləcək
# 20 noyabr 2013 11:54 (UTC +04:00)

AMEA Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov APA-ya açıqlamasında bildirib ki, bu istiqamətdə institut tərəfindən xüsusi materiallar alınacaq, onların xüsusi rejimdə şüalandırılması nəticəsində onların effektivliyi, həssaslığı, səmərəliliyi artırılacaq.

A. Qəribovun sözlərinə görə, radioaktiv maddələrin sudan və torpaqdan ayrılması üçün xüsusi metodlar, salfetlər, nano-membranlar var: “Gələcəkdə Azərbaycanda da bu sahədə yeni salfetlər sintez edəcəyik və radioaktiv maddələrin təmiz su mənbələrindən təmizlənməsində istifadə ediləcək. Bu istiqamətdə işlər aparılacaq. Bundan əlavə, elektron resurslarda yarım keçiricilərin xassəsinin səmərəli şəkildə dəyişilməsi istiqamətdə müəyyən işlər görüləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR