Azərbaycanın neft sektorunda istehsal 1% artıb

Azərbaycanın neft sektorunda istehsal 1% artıb
# 14 noyabr 2013 12:16 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın sənaye sahələrində 2013-cü ilin yanvar-oktyabr aylarında 28,0 mlrd. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Sənayenin qeyri-neft sahələrində 2,0%-lik, neft sektorunda isə 1,0%-lik artım müşahidə olunub. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.


Məlumata əsasən, istehsalın 3/4 hissəsi mədənçıxarma, 19,9%-i emal, 5,0%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib.

Yanvar-oktyabr aylarında 36,1 mln. ton neft, 14,6 mlrd. kubmetr əmtəəlik təbii qaz hasil edilib. Qeyri-neft bölməsinin məhsullarından qida, içki, dəri və dəri məmulatları, ayaqqabı, poliqrafiya, kimya, əczaçılıq, tikinti materialları, metallurgiya, maşın və avadanlıqlar, elektrik avadanlıqları, avtomobil və qoşqular, sair nəqliyyat vasitələri və s. məhsulların istehsalında daha çox artım əldə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR