Məhkəmə Rafiq Tağının qətli ilə bağlı cinayət işinin dayandırılması haqqında qərardan verilən şikayəti təmin etməyib

Məhkəmə Rafiq Tağının qətli ilə bağlı cinayət işinin dayandırılması haqqında qərardan verilən şikayəti təmin etməyib
# 25 aprel 2014 08:16 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov “Facebook” sosial şəbəkəsində məlumat yayıb. Onun yazdığına görə, məhkəmə şikayəti təmin etməyib. Həmin qərardan apellyasiya şikayəti verilib.

Qeyd edək ki, 2011-ci il noyabrın 19-da saat 22.00 radələrində işdən evə qayıdan 8 saylı Təcili Tibbi Yardım stansiyasının həkimi, yazıçı-publisist Tağıyev Rafiq Nəzir oğluna yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilib. Bir neçə gün Klinik Tibbi Mərkəzdə müalicə olunan Rafiq Tağı noyabrın 23-də xəstəxanada dünyasını dəyişib.

Hadisə ilə bağlı əvvəl Cinayət Məcəlləsinin 126.1-ci (qəsdəm sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, lakin Rafiq Tağının ölümündən dərhal sonra Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif olunub.

Bir müddət əvvəl isə cinayət işi üzrə icraat dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR