Bakı. Şəhriyar Əlizadə - APA. Nərimanov rayon Məhkəməsində ötən il oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında “Hicaba azadlıq!” tələbi ilə keçirilən razılaşdırılmamış aksiyada iştirakına görə tutulmuş 32 nəfərdən 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Aydın Məmmədov 2 il 3 ay, Elçin Quliyev, Elşən Haşımov, Bayrəməli Vəlişov Ruhid Abbasov Dadaş Vəliyev, Səxavət Quliyev , Sahil Rzayev 2 il, Rauf Qarayev və Elçin Məmmədovun hər biri 1 il 9 ay, Ülfət Qasımov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, 2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında “Hicaba azadlıq!” tələbi ilə keçirilən aksiyada iştirakına görə tutulmuş şəxslərin ümumi sayı 32 nəfər olub.
Onlar Cinayət Məcəlləsinin 233-cü maddəsi (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə ittiham olunurlar.