Azərbaycan paytaxtında Ermənistan bayrağı yandırılıb - FOTO

Azərbaycan paytaxtında Ermənistan bayrağı yandırılıb - <span style="color: red;">FOTO
# 08 may 2013 11:21 (UTC +04:00)

APA-nın məlumatına görə, ziyarət Ermənistan bayrağını ayaqları altına atılaraq tapdanması ilə başlanıb. Daha sonra isə əbədi məşəlin qarşısında Ermənistan bayrağı yandırıblar. Əbədi məşəlin qarşısında qısa mitinq keçirilib, Alyansa daxil olan təşkilatların rəhbərləri Akif Nağı, Firidun Məmmədov, Rövşən Əhmədli və digərləri çıxış ediblər. QAT sədri Akif Nağı bildirib ki, Ermənistan bayrağının yandırılması düşmənə nifrəti somvolizə edir: “Eməni faşistləri Şuşamızı, Qarabağımızın digər ərazilərini işğal edib, bu gün həmin əraziləri erməniləşdirməklə məşğuldur. Bu nifrətimiz heç vaxt sönməyəcək. Biz hakimiyyətdən müharibəni başlamasını tələb edirik. Biz hakimiyyətdən soruşuruq: Nə vaxta qədər işğala, rəzalətə dözəcəksiniz? Müharibəni niyə başlamırsınız?”. Alyans üzvləri sonda Türk Şəhidliyi abidəsini də ziyarət ediblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR