"Morgan Stanley": "Dünya şərab çatışmazlığı təhlükəsi ilə üzləşə bilər"

"Morgan Stanley": "Dünya şərab çatışmazlığı təhlükəsi ilə üzləşə bilər"
# 30 oktyabr 2013 22:41 (UTC +04:00)

Bakı-APA. Dünya şərab çatışmazlığı təhlükəsi ilə üzləşə bilər. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, belə bir xəbərdarlıqla ABŞ-ın “Morgan Stanley” maliyyə korporasiyası çıxış edib.

“Morgan Stanley” mütəxəssisləri artıq dünyada şəraba olan tələbatın təklifi üstələdiyini bildirib.

Ötən il şəraba olan tələbat təklifdən 300 milyon qutu artıq olub. Bu, 40 illik müşahidələrin ən yüksək göstəricisidir.

Onu da qeyd edək ki, 2012-ci ildə şərab istehsalı son 40 ildə ən aşağı göstəriciyə malik olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR