Səttar Mehbalıyev: “Rusiyada yaşayan azərbaycanlıların həmkarlar təşkilatını yaratmaq istəyirik ki, birləşib öz hüquqlarını qorusunlar”

 Səttar Mehbalıyev: “Rusiyada yaşayan azərbaycanlıların həmkarlar təşkilatını yaratmaq istəyirik ki, birləşib öz hüquqlarını qorusunlar”
# 21 oktyabr 2013 11:28 (UTC +04:00)

Bütün dünyada miqrant problemləri var. Dünya iqtisadi böhranı səbəbindən Avropa ölkələrində iş yerlərinin sayı azalır. Böyük müəssisələr bağlanır, işsizlər ordusu yaranır. Həmin işçilər miqrant kimi ailələrini də götürüb iş dalınca müxtəlif ölkələrə gedirlər. O insanlar Azərbaycana gəlirlərsə, biz onların hüquqlarını öz işçilərimizin hüquqları kimi tanımalıyıq”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Həmkarlar İttifaqı Konfederasiyası Rusiya da daxil olmaqla, digər ölkələrdə çalışan azərbaycanlıların təşkilatını yaratmağına çalışır: “Biz bu istiqamətdə bəzi görüşlər keçirmişik. Rusiyada yaşayan azərbaycanlıların həmkarlar təşkilatını yaratmaq istəyirik ki, onlar birləşib öz hüquqlarını qoruya bilsinlər. Artıq qarşı tərəfin iştirakı ilə imzalama mərasimi keçirilib. Qərar qəbul etmişik ki, kimi sədr seçəcəklərsə, həmin şəxsin əmək haqqı bir il, il yarım Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən ödəniləcək. Diaspor təşkilatı ilə söhbətlər aparmışıq, onlar da bizim toplantıda iştirak ediblər. Hələlik nəticə əldə edə bilməmişik. Sankt-Peterburq Vilayət Həmkarları İttifaqının sədri söz verib ki, təşkilatı pulsuz ofislə təmin edəcək”.

S. Mehbalıyev əlavə edib ki, Rusiyada yaşayan azərbaycanlılar öz təşkilatlarını yaradandan və qeydiyyatdan keçəndən sonra seçki hüququna malik olacaqlar: “Məsələn, bələdiyyə seçkilərində iştirak edib öz namizədlərini də irəli sürə biləcəklər. Təəssüf ki, hələlik bu işləri başa çatdırmağa nail ola bilməmişik. Səbəb bizim orda yaşayan soydaşlarımızın bir yerə toplaşa bilməməyidir. Biz bunu güclə həll edə bilmərik. Bu təşkilat yaranarsa, vətəndaşlarımızın iş hüquqlarını, əmək təhlükəsizliyi hüquqlarını qoruya biləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR