Hərbi prokuror: “Xocalı soyqırımı ilə bağlı indiyə qədər 39 nəfərin cinayət məsuliyyətinə cəlb olunması barədə qərar çıxarılıb” - VİDEO

Hərbi prokuror: “Xocalı soyqırımı ilə bağlı indiyə qədər 39 nəfərin cinayət məsuliyyətinə cəlb olunması barədə qərar çıxarılıb” - <span style="color: red;">VİDEO
# 24 fevral 2014 07:48 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, bunu bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı təşkil olunan beynəlxalq konfransda baş prokurorun müavini, hərbi prokuror Xanlar Vəliyev söyləyib.

Xanlar Vəliyev bildirib ki, Hərbi Prokurorluqda 1988-ci ildən qanunsuz erməni hərbi birləşmələri, sonrakı dövrdə erməni silahlı qüvvələri tərəfindən törədilən cinayətlər araşdırılır. Yalnız Xocalıda baş verən soyqırımla bağlı indiyə qədər 39 nəfərin cinayət məsuliyyətinə cəlb olunması barədə qərar çıxarılıb: “Bu şəxslərin içərisində keçmiş SSRİ-nin 366-cı alayının komandir-zabit heyəti də var”.

X. Vəliyev qeyd edib ki, Hərbi Prokurorluqda 3 istiqamət üzrə cinayətlərin istintaqı aparılır. Birinci istiqamət Xocalı, Quşçular, Bağanis-Ayrım və digər yaşayış məntəqələrində törədilmiş soyqırımlarla bağlıdır. İkinci istiqamət erməni silahlı birləşmələri və Ermənistan xüsusi xidmət orqanları tərəfindən nəqliyyat vasitələrində, Bakı Metropolitetində həyata keçirilmiş terror cinayətləri ilə bağlıdır. Üçüncü istiqamət isə mülki əhaliyə hücum nəticəsində əsir və girov düşmüş insanlara qarşı törədilmiş işgəncə cinayətləri ilə bağlı aparılan istintaqdır. Ümumilikdə, bu üç istiqamətdə aparılan istintaq nəticəsində 2089 şəxsin cinayət törətdiyi məlum olub.

X. Vəliyev vurğulayıb ki, istintaq beynəlxalq konvensiyalar nəzərə alınaraq aparılır: “Azərbaycan 2 əsrdən artıqdır ki, əvvəlcə çar Rusiyası, sonra SSR-nin bilavasitə dəstəyi və köməyi ilə ermənilər tərəfindən Azərbaycan bir yandan torpaqlarından məhrum olub, bir yandan əhalisi qətlə yetirilib. Ancaq Azərbaycan nə qədər itki və işgəncələrə məruz qalsa da, xalqımız bağışlamağı tez bacarır. Hətta ona qarşı törədilmiş ən ağır əməlləri də qısa müddətdə yaddan çıxarır”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR