Səməd Seyidov: “Ermənistan göstərir ki, sülh danışıqları aparmaq iqtidarında deyil”

Səməd Seyidov: “Ermənistan göstərir ki, sülh danışıqları aparmaq iqtidarında deyil”
# 12 noyabr 2013 09:25 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Azərbaycan tərəfi bütün beynəlxalq ictimaiyyətə bildiriş verib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə hazırdır”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. O bildirib ki, Ermənistan parlamentdə uydurma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini gündəmə gətirməklə yalnız özünü ifşa edir: “Ermənistan bununla göstərir ki, həm sülh danışıqları aparmaq iqtidarında deyil, həm də öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır deyil. Əminəm ki, Ermənistanın qondarma “DQR”ı tanımaq cəhdinin də nəticəsi olmayacaq. Bunun hansısa nəticəsi olsa belə, Ermənistanın ziyanına olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR