İran XİN sözçüsü: “Rusiya ilə S-300 PMU-1 zenit-raket kompleksinin alqı-satqısına dair danışıqlar davam edir”

İran XİN sözçüsü: “Rusiya ilə S-300 PMU-1 zenit-raket kompleksinin alqı-satqısına dair danışıqlar davam edir”
# 07 oktyabr 2013 06:51 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla Rusiya arasında S-300 PMU-1 zenit-raket kompleksinin alqı-satqısı məsələsində yaranmış problemin yoluna qoyulması üçün danışıqlar davam edir.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bildirib.

Onun sözlərinə görə, tərəflər arasında danışıqlar tam nəticə əldə oluncayadək aparılacaq: “Danışıqlar İranla Rusiya arasında yaxşı əlaqələr fonunda iki ölkə mütəxəssisləri arasında S-300 PMU-1 zenit-raket kompleksinin alqı-satqısı mövzusunda mövcud olan beynəlxalq öhdəliklərin yerinə yetirilməsi istiqamətində davam etdirilir”.

Qeyd edək ki, İranla Rusiya arasında 2007-ci ildə S-300 PMU-1 zenit-raket kompleksinin satışına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, Rusiya İrana 800 milyon dollar qarşılığında 5 ədəd S-300 PMU-1 zenit-raket kompleksi satmalı idi. Ancaq 2010-cu ilin iyununda BMT Təhlükəsizlik Şurasının İrana qarşı dördüncü sanksiya paketini qəbul etməsindən sonra Rusiya müqavilənin icrasını dayandırıb və noyabrın 7-də satışı tamamilə ləğv edib. Bu səbəbdən İran Rusiyanı beynəlxalq məhkəməyə verərək 4 milyard dollara yaxın təzminat istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR