AB rəsmisi: “İran Qərblə müzakirələrdə yeni mövqe nümayiş etdirsə də, yeni dövr başlamadı”

AB rəsmisi: “İran Qərblə müzakirələrdə yeni mövqe nümayiş etdirsə də, yeni dövr başlamadı”
# 31 oktyabr 2013 15:43 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “İran Qərblə müzakirələrdə yeni mövqe nümayiş etdirsə də, yeni dövr başlamadı”.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Pyer Veymont bildirib.

Onun sözlərinə görə, İran nümayəndə heyətinin fəal diplomatiya siyasəti izləməyə qərar verdiyi aydındır: “Lakin onların yeni bir siyasət izləməyə başladığını söyləmək hələlik tezdir. Ona görə də bunun böyük bir uzlaşma ilə nəticələnib-nəticələnməyəcəyini gözləyib görmək lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR