Opera və Balet Teatrında Azərbaycan, Belarus və Gürcüstanın opera sənətçilərinin birgə çıxışı olacaq

Opera və Balet Teatrında Azərbaycan, Belarus və Gürcüstanın  opera sənətçilərinin birgə çıxışı olacaq
# 08 may 2013 11:04 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Mayın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində C. Verdinin “Aida” operasının tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada azərbaycanlı opera sənətçiləri ilə yanaşı, Belarus və Gürcüstandan dəvət olunmuş vokal ifaçıları da çıxış edəcək.

Tamaşada Aida rolunu Belarus Akademik Böyük Opera və Balet Teatrının və Rusiya Akademik Böyük Teatrının solisti Anastasiya Moskvina, Radames rolunu Gürcüstanın xalq artisti, professor Teymuraz Ququşvili, Amonasro partiyasını isə Gürcüstanın əməkdar artisti, vokalçıların Bülbül adına müsabiqəsinin laureatı Sulxan Qvelesiani ifa edəcək.

Tamaşada Azərbaycan opera sənətçiləri – xalq artisti Əli Əsgərov, əməkdar artistlər Səbinə Vahabzadə, Gülnaz İsmayılova, aparıcı solist Anton Ferştandt və başqalarının da çıxışları nəzərdə tutulub.

\

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR