Azərbaycanda ilk dəfə olaraq “Modern Art Academy” adlı beynəlxalq layihə həyata keçiriləcək - FOTOSESSİYA

Azərbaycanda ilk dəfə olaraq “Modern Art Academy” adlı beynəlxalq layihə həyata keçiriləcək - <span style="color: red;">FOTOSESSİYA
# 07 oktyabr 2013 15:37 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi, «ADDIM» Yaradıcı Gənclər Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq “Modern Art Academy” adlı beynəlxalq layihə həyata keçiriləcək. APA-nın məlumatına görə, bu gün noyabr ayı üçün planlaşdırılan layihə ilə bağlı tədbir və üzvlərin qəbulu keçirilib.

Ramal Hüseynovun aparıcılığı ilə həyata keçirilən tədbirdə çıxış edən “ADDIM” Yaradıcı Gənclər Assosiasiyasının təsisçilərindən biri Ülkər Qasımova “Moder Art Academy”də müxtəlif sahələr – fotoqrafiya sənəti, dj və aranjeman, model işi, reklam və prodüser işi, event managment, vokal sənəti (estrada ifaçılığı) üzrə beş gün ərzində master-klassların təşkil olunacağını deyib. O bildirib ki, layihəyə dünyanın bir neçə ölkəsindən qeyd olunan sahələr üzrə mütəxəssislər cəlb olunacaq və məhz onların iştirakı ilə xüsusi dərslər tədris olunacaq.

Assosiasiyanın digər təsisçisi Hüseyn Cavadzadə qeyd edib ki, bu dərslər tam ödənişsiz baş tutacaq və çoxsaylı yaradıcı gənclər bundan bəhrələnə bilərlər. “ADDIM”ın digər təsisçisi “Eurovision” qalibi Eldar Qasımov “Modern Art Academy”nin Azərbaycanın istedadlı gəncləri üçün şans olduğunu açıqlayıb: “Hər bir gəncin müxtəlif sahələr haqqında bilgilənməsi çox vacib şərtdir. O səbəbdən də həyata keçirəcəyimiz bu layihədən bəhrələnməyə dəyər”.

Tədbirdə müğənnilər Səbinə Babayeva, Elnarə, eləcə də Eldar Qasımov öz musiqiləri ilə gənclər qarşısında çıxış ediblər. Tədbir çərçivəsində gənclərin “Modern Art Academy”yə qeydiyyatı da həyata keçirilib.

Qeyd edək ki, “Modern Art Academy” bu ilin noyabrında keçiriləcək və bir neçə gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR