Qərb Liviyanı zorakılıqdan çəkinməyə çağırıb

Qərb Liviyanı zorakılıqdan çəkinməyə çağırıb
# 23 may 2014 22:22 (UTC +04:00)

Bakı – APA. ABŞ və onun Avropadakı müttəfiqləri Liviyada baş verən son hadisələrdən narahat olduqlarını ifadə ediblər.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, birgə qəbul edilən bəyanatda Qərb ölkələri münaqişə tərəflərini zorakılıqdan çəkinməyə çağırıb.

Sənəddə qeyd edilir ki, Liviya siyasi inkişaf və yaxud xaos, parçalanma, terror arasında seçim etməlidir.

Bəyanatı ABŞ, Avropa Birliyi, Böyük Britaniya, Fransa, Almaniya və İtaliya imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR