Çaylarda çirklənmə vəziyyətini öyrənmək məqsədilə keçirilən növbəti monitorinqin nəticələri açıqlanıb

Çaylarda çirklənmə vəziyyətini öyrənmək məqsədilə keçirilən növbəti monitorinqin nəticələri açıqlanıb
# 06 may 2013 15:09 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə aprel ayının III ongünlüyü üçün növbəti monitorinqlər həyata keçirib. ETSN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, aprel ayının III ongünlüyündə Kür çayında suyun sərfi aprel ayının II ongünlüyünə nisbətən 98 m3/san azalaraq 367 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini keçib. Belə ki, Şıxlı-2 məntəqəsində və Ağstafaçay su anbarında fenollar 4, mis birləşmələri 3, Ağstafaçayda fenollar 2, mis birləşmələri 4 dəfə normanı ötüb.

Aprel ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, I Şahsevəndə fenollar 3, mis birləşmələri 4, Bəhramtəpədə isə fenollar 2, mis birləşmələri 4 dəfə yol verilən həddi keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.60-6.10 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR