«Xəzər-Lənkəran» və «İnter» məğlub oldular

«Xəzər-Lənkəran» və «İnter» məğlub oldular
# 18 iyul 2013 20:53 (UTC +04:00)

Bakı-APA. Bu gün futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı klub turnirində təmsilçimiz “İnter” səfərdə “Tromse”nin qonağı olub. Oyun 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Topları Zdenek Ondraşek (43) və Maqnus Andersen (63) vurublar.

Bu turnirdəki digər təmsilçimiz «Xəzər-Lənkəran» klubu səfərdə İsrailin «Makkabi» (Hayfa) klubu ilə görüşüb. Bu oyun da meydan sahiblərinin xeyrinə başa çatıb – 2:0. Topları Ezra (37) və Turgeman (55) vurublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR