Vyanada Azərbaycan Mədəniyyət Mərkəzi açılıb

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzi açılıb
# 13 may 2013 22:49 (UTC +04:00)

Bakı-APA. Mayın 13-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olub.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Prezident İlham Əliyev mərasimdə çıxış edib.

Sonra Avstriya parlamentinin vitse-spikeri Frids Noyqebauerin çıxışı olub.

Mərasimdə Avstriya ictimaiyyətinin nümayəndələri, diaspor təşkilatlarımızın üzvləri, azərbaycanlı tələbələr dövlətimizin başçısı ilə görüşlərində bu Mədəniyyət Mərkəzinin yaradılmasının ölkəmiz üçün çox əhəmiyyətli hadisə olduğunu bildiriblər. Onlar Azərbaycanın diaspor siyasətinin həyata keçirilməsində bu cür mədəniyyət ocaqlarının açılmasının əhəmiyyətini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR