Azərbaycanın IT sektoru son 5 ildə 2 dəfə artıb

 Azərbaycanın IT sektoru son 5 ildə 2 dəfə artıb
# 03 iyul 2013 07:13 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Son 5 il ərzində Azərbaycanda IT sektoru 2 dəfə genişlənib və orta illik artım tempi 17% təşkil edib. «APA-Economics»in məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dərc etdiyi illik hesabatda bildirilir.

Hesabatda qeyd olunub ki, 2012-ci ildə ölkənin IT sektoru əvvəlki illə müqayisədə 8,6% artıb. IT sahəsində artım elektron və telekommunikasiya avadanlıqları və onların hissələrinin topdan satışında 54,8%, elektron və radioelementlərin istehsalında 14,2%, kompüterlər, kompüter periferiya avadanlıqları və proqram təminatının topdan satışında 15,3% olub.

Hazırda Azərbaycanın IT sektorunda istehsal sahəsinin xüsusi çəkisi 30,6%, xidmət-ticarət sahəsinin isə 69,4% təşkil edir, halbuki 2008-ci ildə bu nisbət müvafiq olaraq 20,5% və 79,5% olub.

«IT sektoru üzrə gəlirlərdə dinamik artımın müşahidə olunmasına baxmayaraq, bu sahənin ölkənin İKT sektorunda xüsusi çəkisi hələ də aşağıdır. Lakin bu nisbət ildən-ilə artmaqdadır və 2011-ci illə müqayisədə bu nisbət 8,5%-dən 9%-ə yüksəlib», - deyə hesabatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR