Azərbaycanda qeyri-həyat sığortası bazarı cəmi 1% artıb

Azərbaycanda qeyri-həyat sığortası bazarı cəmi 1% artıb
# 13 iyun 2014 11:15 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda sığorta haqlarının 137 mln. manatı və ya 73%-i qeyri-həyat sığortasının payına düşüb. 2013-cü ilin eyni dövrü ilə müqayisədə qeyri-həyat sığorta bazarı cəmi 1,15 mln. manat və ya təxminən 1% artıb. APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) keçirilən mətbuat konfransında ASA-nın sədri Orxan Bayramov məlumat verib.

O qeyd edib ki, qeyri-həyat sığortası üzrə yığımların 31%-i və yaxud 42,5 mln. manatı tibbi sığortanın, 18,4%-i və ya 25,2 mln. manatı avtomobillərin icbari sığortasının, 10,5%-i və ya 14,4 mln. manatı kasko sığortanın, 9,3%-i və ya 12,8 mln. manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 4,5%-i və ya 6,2 mln. manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyatı sığortası növlərinin payına düşüb.

2014-cü ilin ilk 5 ayında sığorta bazarındakı ödənişlərin 94,7%-i və ya 52,3 mln. manatı qeyri-həyat sığortasının payına düşüb. Bu, 2013-cü ilin eyni dövrünə nisbətən 5,1 mln. manat və ya təxminən 13% çoxdur.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 36,3%-i və ya 19 mln. manatı tibbi sığortanın, 21,4%-i və ya 11,2 mln. manatı kasko sığortanın, 20,7%-i və ya 11 mln. manatı avtomobillərin icbari sığortasının, 10,9%-i və yaxud 5,7 mln. manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 1,7%-i və ya 868 min manatı isə daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 38,2 manat ödəniş həyata keçirilib. Bu ötən ilin yanvar-may aylarındakı göstəricidən 3,4 manat çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR