Azərbaycan Beynəlxalq Bankı “Best Local Bank” mükafatına layiq görülüb

Azərbaycan Beynəlxalq Bankı “Best Local Bank” mükafatına layiq görülüb
# 08 aprel 2014 10:14 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Avropanın aparıcı informasiya və analitik nəşri olan “EMEAfinance” jurnalı Azərbaycan Beynəlxalq Bankını (ABB) “Best Local Bank” mükafatına layiq görüb.

Bankdan ”APA-Economics”ə verilən məlumata görə, ABB artıq 6-cı ildir ki, bu mükafata layiq görülür.

Londonda dərc edilən “EMEAfinance” jurnalı Avropa, Yaxın Şərq və Afrika regionları üzrə nüfuzlu maliyyə jurnalıdır və onun 25 mindən artıq oxucusu var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR