Azərbaycan və Türkiyənin qadın iş adamları əməkdaşlığı genişləndirir - FOTO

Azərbaycan və Türkiyənin qadın iş adamları əməkdaşlığı genişləndirir - <span style="color: red;">FOTO
# 12 iyun 2014 12:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) baş katibi Natəvan Məmmədova və təşkilatın tərkibində fəaliyyət göstərən “Qadın sahibkarlığın inkişafı” üzrə komissiyanın sədri Jalə Hacıyeva Türkiyədən ölkəmizə səfərə gələn bir qrup qadın iş adamları ilə görüşüblər.

ASK-dan “APA-Economics”ə verilən məlumata görə, azərbaycanlı və türkiyəli qadın iş adamları mövcud əlaqələr və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

N. Məmmədova bildirib ki, nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkədə özəl sektorun inkişafına dəstək verən təşkilatlar arasında əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcəkdir. Bununla bağlı böyük potensialın mövcudluğunu vurğulayan baş katib mümkün əməkdaşlıq istiqamətləri haqqında da qonaqları məlumatlandırıb.

J. Hacıyeva rəhbərlik etdiyi komissiya haqqında qonaqlara məlumat verərək, gələcəkdə nəzərdə tutulan layihələrdən də söhbət açıb.

Qonaqlar Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini, türkiyəli xanım sahibkarların ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar. Türkiyənin xanım iş adamları da bu bazarda, xüsusilə də tekstil və isitmə sistemləri sahəsində yer tutmaqda maraqlıdırlar. Qonaqlar istehsal etdikləri məhsulları nümayiş etdiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR