Xatəminin kadrı İran Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib

Xatəminin kadrı İran Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib
# 11 sentyabr 2013 08:52 (UTC +04:00)

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, İran prezidentinin sərəncamı ilə bu vəzifəyə admiral Əli Şəmxani gətirilib.

Qeyd edək ki, Ə. Şəmxani bundan əvvəl İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) və Hərbi Dəniz Qüvvələrinin baş komandanı, Məhəmməd Xatəminin 8 illik prezidentliyi dövründə müdafiə naziri və Xarici Əlaqələr Strategiyası Şurasının üzvü və İran Silahlı Qüvvələri Müdafiə Strategiyası Mərkəzinin rəhbəri vəzifəsini icra edib.

Ə. Şəmxani bu vəzifədə Səid Cəlilini əvəzləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR