Bakı. Fuad Cəfərov - APA. Dəm qazı daha bir nəfərin həyatına son qoyub.
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Birinci Mədən küçəsində qeydə alınıb.
1986-cı il təvəllüdlü Tural Hüseyn oğlu İsmayılov dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.