Dow Jones və S&P 500 indeksləri 0,1% enib, Nasdaq isə 0,4% yüksəlib

Dow Jones və S&P 500 indeksləri 0,1% enib, Nasdaq isə 0,4% yüksəlib
# 02 dekabr 2013 06:48 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 29-da Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 16 086 bəndədək, S&P 500 0,1% - 1 806 bəndədək enib, Nasdaq 0,4% - 4 060 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, ABŞ-da Milad Bayramı ərəfəsində kütləvi satış mövsümi başlayıb və hazırda investorların diqqəti pərakəndə ticarət şəbəkəsinə yönəldilib. Mütəxəssislər kütləvi satışın gedişindən makroiqtisadi nəticələr çıxarırlar ki, bu nəticələr bazara birbaşa təsir edir.

Avropa fond bazarlarında noyabrın 29-da FTSE 100 indeksi 0,1% - 6 651 bəndədək enib, Almaniya DAX-ı 0,2% - 9 405 bəndədək yüksəlib, Fransa CAC-40-ı isə 0,2% - 4 295 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 250,40 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3591 dollar (+0,2%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR