Bu ilin ilk yarısında Azərbaycan dövlət büdcəsinin gəlirləri 17%, xərcləri isə 23% artıb

 Bu ilin ilk yarısında Azərbaycan dövlət büdcəsinin gəlirləri 17%, xərcləri isə 23% artıb
# 23 iyul 2013 10:12 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Maliyyə Nazirliyinin büdcənin icrasına dair operativ məlumatında deyilir.

Məlumata əsasən, 2013-cü ilin 6 ayında dövlət büdcəsinin mədaxili proqnoza qarşı 13,4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 17,1% artıq olub. Vergilər Nazirliyi tərəfindən ilk 6 ayda mədaxil proqnozuna 107,4% əməl edilib, dövlət büdcəsinə 3 316,5 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 227,4 mln. manat, ötən ilin eyni dövrü ilə müqayisədə 349,0 mln. manat və ya 14,8% çoxdur.


Dövlət Gömrük Komitəsi isə proqnoza 100,3% əməl edərək büdcəyə 639,9 mln. manatın daxil olmasını təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,8% çoxdur.


Sair daxilolmalardan nəzərdə tutulan 15,1 mln. manata qarşı büdcəyə 33,7 mln. manat və ya proqnoza nisbətən 2,2 dəfə çox vəsait daxil olub.


Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə 5 534,7 mln. manat vəsait transfert edilib.

Məlumatda deyilir ki, hesabat dövründə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 2,4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 22,8% çox icra olunub. İqtisadi təsnifata uyğun olaraq büdcə xərclərinin 26,7%-i və ya 2 330,5 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən eyni dövrü ilə müqayisədə 1,3% çoxdur.


Funksional təsnifata uyğun olaraq iqtisadi fəaliyyətlə bağlı xərclərə (Sahibkarlığa Kömək Milli Fondu, «Aqrolizinq» ASC, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi, özəlləşdirmədən qabaq müəssisələrin sağlamlaşdırılması, İpoteka Fondu) 1,6 dəfə (62,3 mln. manat), sənaye, tikinti və faydalı qazıntılar xərclərinə 32,2% (809,6 mln. manat), müdafiə xərclərinə 21,8% (112,5 mln. manat), nəqliyyat və rabitə xərclərinə 20,3% (5,9 mln. manat), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət əlaqədar xərclərə 12,9% (13,1 mln. manat), səhiyyə xərclərinə 12,6% (28,8 mln. manat), kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 8,3% (15,1 mln. manat), təhsil xərclərinə 0,9% (5,4 mln. manat) çox vəsait yönəldilib.

Cari ilin 6 ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına, müharibə əlilləri, şəhid ailələri üçün yaşayış evlərinin və bu qəbildən olan digər sosial obyektlərin tikintisinə 730,0 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidən qurulmasına və digər sahələrə 2 129,0 mln. manat vəsait yönəldilib.

Qeyd edilir ki, bu ilin 6 ayında icmal büdcənin gəlirləri 11 256,9 mln. manat, xərcləri 9 818,1 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR